II Qaregin Arayiklə görüşüb
Xəbər verdiyimiz kimi, ümumerməni kilsəsinin katalikosu II Qaregin dünən Qarabağa səfər edib. JAMAZ.İNFO xəbər verir ki, erməni kilsələrinin rəhbəri bu gün Xankəndində bir sıra tədbirlərə qatılıb.
Həmin tədbirlərdən biri də Xankəndi şəhərində müharibə vaxtı ölən ermənilər üçün hazırlanmış “memorial”da dua oxumaqdan ibarət olub.
Bundan başqa, Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Arutyunyanla görüşən katalikos, bir sıra məsələləri müzakirə ediblər. Sabah isə II Qaregin Amaras və Qandzasar kilsələrində dua oxuyacaq. Bazar günü isə o, Xankəndidəki “Astvasamor Ovan” kilsəsində dua mərasimi təşkil edəcək.
Qeyd edək ki, son günlər Ermənistandan Qarabağa gələn siyasətçi və din xadimlərinin sayı çoxalıb. Onların hansı məqsədlə gəldikləri bəlli deyil. Bəlli olan odur ki, istər erməni kilsələrinin başçısı, istərsə də siyasətçilərin Xankəndinə səfəri xoş məram daşımır. Düşmənin əsas hədəfi bizə qarşı yeni təxribatlar hazırlamaqdır.