Ev dustaqlığına buraxılan AXCP üzvü həbs edildi
Xəbər verildiyi ki, ötən il mayın 16-da AXCP üzvü, partiyanın sədri Əli Kərimlinin mühafizəçisi Səid Məmmədzadə (Bakuvi) saxlanılaraq, həbs olunmuşdu. JAMAZ.İNFO xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 221.3 (bıçaq və ya bıçaq qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülmüşdü.
Ona qarşı irəli sürülmüş ittihamda iddia edilirdi ki, Məmmədzadə işlətdiyi avtoyuma məntəqəsində bir nəfərə bıçaqla xəsarət yetirib. Bu iş üzrə istintaq Xətai rayon Polis İdarəsində aparılırdı.
Qeyd edək ki, Səid Məmmədzadə bir müddət əvvəl ev dustaqlaığına buraxılmışdı. JAMAZ.İNFO xəbər verir ki, bu gün Xətai Məhkəməsi keçirdiyi iclasında AXCP üzvünə hökm oxunub. Belə ki, Səid Məmmədzadə ona qarşı ittiham üzrə günahlandırılıb və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
AXCP Səid Məmmədzadənin həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir və bunu partiyaya qarşı repressiya hesab edir.