Ermənistan XİN-i Şuşa Bəyannaməsini “regional sülh və təhlükəsizliyə təhdid” hesab edir
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər etməsi həm İrəvan hakimiyyətini, həm də Qarabağdakı terrorçuları ciddi şəkildə narahat edib. JAMAZ.İNFO xəbər verir ki, bunula bağlı Ermənistan XİN-i və Qarabağdakı terroçuların nümayəndələri bəyanat yayıblar.
Ermənistan XİN-in yaydığı bəyanatda Ərdoğanın Şuşa səfəri “regional sülh və təhlükəsizliyə təhdid” kimi xarakterizə olunur. Bundan başqa, rəsmi İrəvan hesab edir ki, guya, Şuşadakı mədəniyyət abidələri “məhv edilir” və bunun qarşısı alınmalıdır. “Türkiyə və Azərbaycanın Qarabağ xalqına qarşı güc tətbiq etməsinin nəticələrini birləşdirməyə yönəlmiş bu cür hərəkətləri bölgədə sabitlik yaratmaq üçün beynəlxalq səylərə əhəmiyyətli dərəcədə zərər verir və tamamilə qəbuledilməzdir”.
Erməni XİN-i bəyan edir ki, guya, Qarabağda yaşayan ermənilərin geri qayıtması üçün heç bir zəmin yoxdur və son səfər də bu ümidlərin üzərindən xətt çəkməyə hesablanıb. “Bu təxribat xarakterli hərəkətlər, həm də rəsmi Ankara və Bakının Ermənistanla və erməni xalqı ilə münasibətlərin normallaşdırılmasına dair bəyanatlarının yalan və yönəldilməz mahiyyətini açıqca ortaya qoyur. Bir daha vurğulayırıq ki, Qarabağa qarşı son Türkiyə-Azərbaycan təcavüzünün nəticələrinin aradan qaldırılması ATƏT-in Minsk Qrupu həmsədrliyi altında Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli çərçivəsində həyata keçirilməlidir”.
Qarabağdakı erməni terroçuların nümayəndələri isə deyirlər ki, Ərdoğanın və İlham Əliyevin Şuşaya səfəri “beynəlxalq hüququ pozmaq, mizantrop, soyqırım və terror siyasətinin təzahürüdür”. Terroçular hesab edirlər ki, Türkiyənin hərəkəti “beynəlxalq ictimaiyyət tərəfindən pislənməli”dir. Eyni zamanda, Şuşa Bəyannaməsini də “orta əsir işğallarının təriflənməsi” qiymətləndiriblər. “Bu, beynəlxalq aləm üçün ciddi təhdiddir və regional təhlükəsizliyə meydan oxumaqdır”.
P.S. Görünən odur ki, Ərdoğanın Şuşaya səfəri və Azərbaycanla imzalanmış bəyənnamə erməniləri ciddi şəkildə narahat etməkdədir. Çünki bundan sonra onların hər hansı bir revanşist hərəkətləri təkcə Azərbaycan tərəfindən deyil, həm də Türkiyə tərəfindən lazımi səviyyədə cəzalandırılacaq. Eyni zamanda, Şuşa Bəyənnaməsi ermənilərin Qarabağ arzularını da gözlərində qoyur ki, əsas narahatlıq da bundan ibarətdir.