Ölkə içi

Şuşa Bəyannaməsinin əhəmiyyəti nədir?

Fuad Qəhrəmanlı 
Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış Şuşa bəyannaməsi çox mühüm strateji əhəmiyyətə malikdir.
Hər iki ölkənin dövlət başçısı tərəfindən imzalanmış bu sənəd, qarşılıqlı əlaqələrin və müttəfiqlik münasibətlərinin məzmununu, eləcə də əsas istiqamətlərini müəyyənləçdirir.
Bəyannaməni ən əsas əhəmiyyəti onun Azərbaycanının dövlət müstəqilliyinə və ərazi toxunulmazlığına təminat verməsindədir. Sənəddə açıq aydın göstərilir ki, əgər tərəflərdən birinin ərazi bütövlüyünə təhdid yaranarsa, o zaman iki ölkə bir birinə yardım göstərmək üçün BMT nizamnaməsinə uyğun olaraq qarşılıqlı məsləhətləşmələr aparacaq, silahlı qüvvələrin idarəetmə və güc strukturları birgə fəaliyyət göstərəcək. Bu mühüm məqam ekstremal vaxtlarda, hər iki ölkə ordusunun vahid komandanlıq modeli ilə fəaliyyət göstərəcəyi anlamına gəlir.
Bu da Qarabağ probleminin indiki həssas dönəmində Rusiya təhdidinə qarşı Azərbaycana təhlükəsizlik təminatı verilməsi deməkdir. Nəzərə alsaq ki, Türkiyə prezidenti bu sənədi NATO Sammitindən və Baydenlə uğurlu keçən görüşdən sonra imzalayıb, onda bu təminatın arxasında həm də Qərbin geosiyasi maraqlarının durduğu aydın olar.
Gözlənilir ki, bu Bəyannamə Azərbaycanın Rusiya təhdidi qarşısında mövqeyini gücləndirdiyindən və təhlükəsizlik baxımından Türkiyənin regionumuzda hərbi siyasi rolunu artırdığından, Moskvanın narazılığına səbəb olacaq.
Bəyannamə təkcə təhlükəsizlik məsələləri ilə sınlrlı qalmayıb, həm də hər iki ölkənin milli iqtisadiyyatlarınln inteqrasiyası və şaxələndirilməsini, sərbəst mal dövriyyəsinin artırılmasını, regional kommunikasiya dəhlizlərinin genişləndirilməsini və nəqliyyatın intellektual idarə etmə qaydalarının tətbiqi ilə daşımaların artırılmasını, o cümlədən də Zəngəzur dəhlizinin açılması kimi məsələləri nəzərdə tutur. Bu da Türkiyənin Cənubi Qafqazın iqtisadi inkişafında əsas aparıcı rolla iddlı olduğunu və bu yolla da regionun Qərbə inteqrasiyasının dəstək verməyə hazırlaşdığını göstərir.
Bəyannamədən əlavə, diqqəti cəlb digər mühüm bir məqam da Türkiyə Konsulluğunun Şuşada açılacağının bildirilməsidir. Bununla Türkiyə Şuşanın statusunu siyasi baxımdan yüksəldərək, bu mühüm strateji şəhərin təhlükəsizliyinə siyasi diplomatik təminat vermiş oldu. Xüsusilə ilə Ermənistandakı Rusiyaya bağlı revanşist qüvvələrin Şuşa ilə bağlı hərbi iddiaları fonunda, bu qərar Şuşanın təhlükəsizliyinin həm də Türkiyənin maraqlarına daxil olduğunu göstərmiş oldu.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button