Ölkə içi
Ermənilərin Laçın və Zabuxdan çıxarılmasın prosesi sürətləndirilib
Məlum olduğu kimi, Laçın şəhəri və Zabux qəsəbəsində yaşayan ermənilərə həmin mətəqələri tərk etmələriüçün avqustun 25-dək vaxt verilib. JAMAZ.İNFO xəbər verir ki, artıq 3 gündür ermənilər qeyd olunan məntəqələri tərk etməyə başlayıblar.
Qarabağdakı separatçıların nümayəndəsi, özünü “ombudsman” olaraq təqdim edən Qeqam Stepanyan bildirib ki, Laçın və Zabuxdakı ermənilərin təxliyyəsinə start verilib. O deyib ki, adları çəkilən yaşayış məntəqələrimizdən köçürülən ermənilər “qaçqın” status alacaqlar.
Onların harada yerləşdiriləcəyinə gəlincə, Qeqamyan deyib ki, bu, onların seçimindən asılı olacaq. “İstəyənlər Eermənistana, istəyənlər Qarabağa gedə biləcəklər”.