Elman Məmmədov icra başçılarını Şəhidlərə biganəlikdə qınadı
“Şəhidlikdən böyük zirvə yoxdur. Bu daha neyləməlidir ki onun adına küçə, meydan verilsin? Şəhidin ordeni, medalı yoxdursa onun adına küçə verməmək ədalətli yanaşma deyil”. Modern.az xəbər verir ki, bunu deputat Elman Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, şəhidin yenisi, köhnəsi yoxdur: “I Qarabağ müharibəsinin şəhidləri var. Onların rayon yerlərində məzarları var. Ancaq baxımsız vəziyyətdədir. İcra başçısından soruşursan ki həmin şəhid məzarını bir dəfə gedib görmürsənmi? İcra başçısı deyir ki pulumuz yoxdur və.s. Ona görə bu məsələdə şəhidlər fərqləndirilməməlidir”.
Həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva da şəhidlərin adlarının əbədiləşdirilməsinin mühüm məsələ olduğunu təklif edib. Həmçinin orden, medallarının ailələrə təqdim edilməsi məsələsinin sürətləndirilməsini bildirib.