Ölkə içi

Eldar Mahmudov nə qədər pensiya alır?

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır.
Jamaz.info Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanması onun uzun illər nazir və yüksək rütbə daşıması ilə əsaslandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında  açıqlama verilə bilər.
Qeyd edək ki, hazırda Eldar Mahmudovun 66 yaşı var. 2004-cü ildən ölkənin milli təhlükəsizlik naziri olan Mahmudov 2015-ci ildə vəzifəsindən azad edilib. Həmin vaxt Eldar Mahmudov general-polkovnik rütbəsində olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button