
Ölkə içi
Daha 3 erməni əsgərin meyiti tapıldı
Bu gün Qarabağda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçisinin qalıqları tapılıb. JAMAZ.İNFO xəbər verir ki, hər üç erməni əsgərinin meyti Füzuli rayonunun ərazisində aşkarlanıb.
Qeyd edək ki, Ermənistan tərəfi noyabrın 10-dan indiyə qədər döyüş meydanlarında qalmış 1563 əsgərinin meytini tapıb. Hazırda 800-dən çox əsgərin itkin düşdüyü deyilir.