
Ölkə içi
Balasanyanın yerinə gətirilən “Çolka” cəmi 9 gün işlədi
Qarabağdakı separatçıların qondarma “Təhlükəsizlik Şurası”nda yenə kadr dəyişikliyi olub.
Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, 9 gün əvvəl “Təhlükəsizlik Şurasının katibi” təyin olunan Ararat Melkumyan vəzifəsindən kənarlaşdırılıb.
Onun yerinə Samvel Şaqramanyan gətirilib. Melkumyan isə əvvəllər çalışdığı “Milli Təhlükəsizlik Xidməti”ndəki işinə geri qaytarılıb. Belə ki, o, “katib” təyin edilənə qədər müavini olduğu “MTX sədri” Aşot Akopcanyanı əvəzləyib.
Qeyd edək ki, A.Melkumyan Vitali Balasanyanın “katib” vəzifəsindən azad edilməsindən sonra bu posta təyin olunmuşdu.
Polkovnik rütbəsi daşıyan Ararat Melkumyan qarabağ erməniləri arasında “Çolka” ləqəbi ilə tanınır.(modern)