Ölkə içi

Bakıda tutulan FETÖ-çülərlə bağlı qərar

FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Jamaz.info APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində Nərimanov rayon Məhkəməsində müstəntiqin verdiyi vəsatətlərə baxılıb.

Məhkəmə vəsatətləri təmin edib və onların hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Onlara Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Saxlanılanlardan “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev Bakı Mühəndislik Universitetin müəllimidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button