Ölkə içi

Bəxtiyar Hacıyevin ittihamı ağırlaşdırıldı

Bəxtiyar Hacıyevə qarşı yeni ittiham verilib.

Jamaz.info xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.
Vəkil bildirib ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button