Ölkə içi
Azərbaycanın yardımı bizim üçün çox vacibdir – Ukrayna səfiri
“Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlara yola düşüb”.
Jamaz.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbukda yazıb.
Diplomat bildirib ki, Azərbaycanın göndərdiyi yardım indi çox vacibdir, çünki Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektləri davamlı olaraq atəşə tutulur:
“Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və xalqına səmimi təşəkkürümüzü bildiririk. Yaşasın Ukrayna, Yaşasın Azərbaycan!”