
Ölkə içi
Azərbaycan daha 11 erməni əsgərin qalıqlarını Ermənistana verdi
Bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi yaxınlığında Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan tərəfi 44 günlük müharibə zamanı itkin düşmüş 11 erməni əsgərinin meyitlərinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.
Bildirək ki, 13 noyabr 2020-ci il tarixindən bu günə qədər meyit mübadiləsi nəticəsində mülki şəxslər də daxil olmaqla, ümumilikdə 1697 meyit Ermənistana verilib.