Ölkə içi

Arayik ermənilərin başının altına yastıq qoyur

Qarabağdakı separatçıların rəhbəri bölgədə yaşayan ermənilərin başının altına yastıq qoyur. JAMAZ.İNFO xəbər verir ki, Arayik Harutyunyan Xankəndidə görüşdüyü bir qrup sakinə bildirib ki, guya, beynəlxalq səviyyədə bir sıra uğurlara nail olublar.

Belə ki, o, son müharibədə ölən erməni əsgərlərin valideynləri ilə görüşdə deyib ki, oturaq aksiya varinatının seçilməsi səbəbsiz olmayıb. “İndiki mərhələdə biz bu varianta müraciət etmək qərarına gəldik. Bu nəticə verməsə, biz növbəti addımı atacağıq. Çünki bu gün beynəlxalq müstəvidə müəyyən uğurlarımız var. Lakin humanitar baxımdan biz çox pis vəziyyətdəyik və bunun öhdəsindən gəlməliyik”.

Harutyunyan deyib ki, bundan sonrakı mərhələdə bütün qərarlar kollegial qəbul olunacaq. “Bundan sonra bütün qərarlar birgə qəbul ediləcək”.

P.S. Qeyd edək ki, Harutyunyan və ətrafı erməniləri çevrələrində saxlamaq üçün bütün hiyləgərliklərə əl atırlar. Xankənkəndidə keçirilən aksiyanın təşkili də bunlardan biridir. Lakin Arayik və başının dəstəsi hələ də anlamırlar ki, artıq geriyə yol yoxdur və Azərbaycana reinteqrasiyadan başqa heç bir yolları qalmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button