Ölkə içi

ADR Ədliyyə Nazirliyinin cavabını gözləyir

Azərbaycan Demokratiya və Rifah Partiyası Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə Qaynarinfo-ya açıqlamasında sözü gedən partiyanın təşkilat məsələləri üzrə sədr müavini Ədalət Yusifov deyib.

O bildirib ki, müraciət nazirliyə aprel ayının 17-də göndərilib: “Ədliyyə Nazirliyi bizim 5-ci müraciətimizə qanuna əsaslanmayan bir cavab göndərib ki, sosial şəbəkələrdə partiyanın buraxılması ilə bağlı məlumat yayılıb və bunu dəqiqləşdirməyə ehtiyac var. Həmin müraciət Ədliyyə Nazirliyinə “Siyasi Partiyalar Haqqında” qanun qüvvəyə minməmişdən əvvəl göndərilib. Biz həmin sənədləri də əsas gətirərək artıq 6-cı müraciətətimizi Ədliyyə Nazirliyinə ünvanlamışıq”.

Ədalət Yusifov hazırda Ədliyyə Nazirliyinin cavabını gözlədiklərini vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button