
ABŞ-ın Azərbaycandakı səfiri İrəvana gedib
ABŞ dövlət katibinin Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə köməkçisinin müavini Erika Olson Ermənistana səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Olson ABŞ-ın Cənubi Qafqazdakı missiya rəhbərlərinin noyabrın 2-4-də Ermənistan paytaxtında keçiriləcək konfransında iştirak edəcək. Tədbirdə həmçinin ABŞ-ın Ermənistandakı səfirləri Lin Treysi, Gürcüstandakı səfirləri Kelli Deqnan, Azərbaycanda Li Lizenberqer, eləcə də Qafqaz üzrə danışıqlar üzrə baş məsləhətçi Endryu Şofer, USAİD-in Vaşinqton ofisinin direktor müavini Aleksandr Sokolovski iştirak edəcəklər.
“Biz çox şadıq ki, Vaşinqtondan və regiondan olan həmkarlarımızla uzunmüddətli görüşlər ənənəsini bərpa edə, regionun hər üç ölkəsi ilə işin daha yaxşı əlaqələndirilməsinə imkan verəcək fikir, məlumat mübadiləsi apara bilirik”.
Xatırladaq ki, ABŞ-ın Cənubi Qafqaz üzrə nümayəndəlikləri rəhbərlərinin əvvəlki konfransları Bakıda (2019) və Tbilisidə (2018) keçirilib.