Ölkə içi
Əlizamin Salayevə 4 il həbs cəzası verildi
AXCP Səlyan rayon şöbəsinin sədri Əlizamin Salayevlə bağlı Qaradağ rayon Məhkəməsi bu gün hökm çıxarıb. JAMAZ.İNFO xəbər verir ki, məhkəmənin hökmü ilə Salayev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, AXCP rəsmisi başqasına bıçaqla xəsarət yetirməkdə ittiham edilirdi. Əlizamin Salayev isə bu ittihamı rədd edib, həbsinin siyasi fəaliyyətinə görə olduğunu bildirib.
AXCP bəyan edib ki, Əlizamin Salayevin həbs edilməsi onun siyasi fəaliyyəti ilə bağlıdır. Partiya bu məsələdə hakimiyyəti ittiham edib.
Onun 105 gündür aclıq aksiyası keçirdiyi deyilir.