![](https://jamaz.info/wp-content/uploads/2021/10/1-122-780x450.jpg)
Media
Xoşqədəm Hidayətqızına ARB-də vəzifə verildi
Xoşqədəm Hidayətqızı ARB telekanalında yaradıcılıq məsələləri üzrə müşavir təyin edilib. Bu barədə Qaynarinfo-ya “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov açıqlama verib.
Eyni zamanda tamaşaçıların səbrsizliklə gözlədiyi Xoşqədəm Hidayətqızının təqdimatında “Səni axtarıram” verilişi də tezliklə ARB-də yayımlanacaq.
“Televiziya məkanında 12 ilin ən reytinqli verilişi olan “Səni axtarıram” öz vaxtında, həftə içi 5 gün, saat 16:00- da fərqli üslubda tamaşaçılara təqdim olunacaq”, deyə Mail Əsgərov bildirib.