Media

Şuşada Qlobal Media Forumunun ikinci sessiyası başladı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Qlobal Media Forumunda “Mediada investisiya və istehlak tendensiyaları” adlı ikinci sessiya başlayıb.

Jamaz.info xəbər verir ki, sessiyada müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması mövzusuna toxunulub.

Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.

“Economyfirst Limited London” şirkətinin direktoru Klaus Jürgens, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, jurnalist, media meneceri, məruzəçi Bora Bayraktar, Serbiya parlamentinin keçmiş direktoru, Strateji Araşdırmalar Forumunun təsisçi və prezidenti Neven Cveticanin mövzular barədə ətraflı danışıblar.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button