
Media
Space TV-yə yeni rəhbər təyin olundu: Kamal Şahverdiyev
Space TV-nin yeni rəhbərinin kimliyi məlum olub. APA-nın fevralın 15-də verdiyi məlumata görə, bundan sonra quruma Kamil Şahverdiyev başçılıq edəcək.
Kamil Şahverdiyev “Space” televiziyasının icraçı direktoru vəzifəsində işləyib. Rəşid Behbudov Fondunun rəhbəri vəzifəsini də həyata keçirən Şahverdiyev mərhum sənətkar Rəşid Behbudovun kürəkənidir.
Kanala ondan əvvəl uzun müddət rejissor Vaqif Mustafayev başçılıq etmişdi.