
Media
Sənubər Nəzərova mətbuat katibi təyin edildi
“Azərbaycan Dəmir Yolları” QSC-də kadr dəyişikliyi olub.
Jamaz.info Manset.az-a istinadla xəbər verir ki, qurumun yeni sədri Rövşən Rüstəmovun müvafiq əmri ilə Sənubər Nəzərova Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi təyin olunub.
O, bu təyinata qədər SOCAR AQŞ-nin mətbat meneceri, “Teknofest Azərbaycan” ofisinin PR nümayəndəsi vəzifəsində çalışıb. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb.