
Media
Nəşriyyatda aksiya – Jurnalistlər etiraz etdi
Bu gün jurnalistlər “Azərbaycan” Nəşriyyatının önündə aksiya keçiriblər.
Jamaz.info xəbər verir ki, aksiyaya səbəb icarə haqlarının 50 faizdən çox artırılması ilə bağlıdır.
Aksiya zamanı jurnalistlər öz müraciətlərinin nəşriyyat rəhbərliyinə çatdırıblar.
Bildirilir ki, müraciətə cavab sabah saat 10-da veriləcək. Məlumata əsasən, jurnalistlər icarə haqları aşağı salınmayacağı təqdirdə aksiyalara davam edəcəklər.
