Media
Medianın inkişafı əsas istiqamətlərdən biridir – Peter Mixalko
Media və jurnalistikanın inkişafı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətlərindən biridir.
Jamaz.info xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr dinamik inkişaf edir. Avropa İttifaqı plüralizmi və mətbuat azadlığını dəstəkləyir.