Media
MEDİA-nın Müşahidə Şurasının üzvlərinin sayı 6-dan 4-ə endirildi – FƏRMAN
Fərmana əsasən, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı 6-dan 4-ə endirilib. Agentliyin İcraçı direktorunun müavinlərinin sayı isə 2-dən 1-ə endirilib.
Agentliyə qurumun strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi ilə bağlı yeni səlahiyyət verilib.