
Media
Keçmiş mətbuat katibi vəfat etdi
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib. Lent.az məlumat verir ki, T.Məmmədova bu gün Yasamal qəbiristanlığında dəfn olunub.
Onun qan təzyiqindən əziyyət çəkdiyi bildirilib. Uzun müddət idi, müalicə olunurdu.
Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib.