Media

Keçmiş mətbuat katibi vəfat etdi

Azərbaycanın elmi-pedaqoji ictimaiyyətinə ağır itki üz verib. Tanınmış alim, pedaqoq Hikmət Hüseyn oğlu Kazımov 2023-cü il avqust 21-də ömrünün 72-ci ilində vəfat edib. 

Modern.az-ın məlumatına görə, H.Kazımov M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra həyatını elmi-pedaqoji fəaliyyətə həsr edib, gərgin elmi axtarışlarının nəticəsi olaraq pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb.

Hikmət Kazımov uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri -mətbuat katib kimi fəaliyyət göstərib, Komissiyaya daxil olan müraciətlərin vaxtında, obyektiv və qanunvericiliyin tələblərinə uyğun baxılmasında, vətəndaş məmnunluğunun yaradılmasında müstəsna əmək sərf edib. Onun “Abituriyent” jurnalının məsul katibi kimi fəaliyyəti də uğurlu olub və jurnalın elmi-metodiki cəhətdən hazırlanmasına özünəməxsus müsbət töhfələr verib.

Allah rəhmət eləsin!

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button