Media

Hikmət Hacıyevdən “New York Times”a məktub

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “New York Times”a (NYT) açıq məktub ünvanlayıb.

“NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüflənirəm. “X” mənim ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı daha güclü alternativ, azad və açıq platforma təqdim edir.

Bu məqalələrin hamısını, o cümlədən, NYT-ni yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb”, – deyə paylaşımda bildirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button