Media

HƏMAS tək özünü yox, Fələstinin gələcəyini də məhv etmək istəyir?

Tam səmimi deyirəm, Fələstin dövlətinin yaranmasını mən İrandan və ərəb dövlətlərindən çox istəyirəm. Onlar illər boyu sadəcə terroru dəstəkləyib, Fələstin dövlətçiliyini yox.

Fələstin dövlətinin qurulmasının isə bir yolu var. O da diplomatik yoldur. Mövcud şərtlərdə, mümkün variantda. Amma yox… Bu gicbəsərlər – ekstremistlər düşünürlər ki, haydı-hoydu ilə, qarajda hazırlanan raket və dronlarla qalib gələcəklər. Dünyanın pulu yəhudilərdə, dünyanın silahı yəhudilərdə… və ya müttəfiqlərində.

Güc varsa, hesablaşmaq lazımdır. Uzun sözün qısası, hələ yəhudilərə yalvarın ki, bütün bu olanlardan sonra, sizə əlinizdə olan torpaqlarda dövlət qurmağa icazə versinlər. İsrail hələ Yasir Ərəfat sağ olanda Fələstin dövlətini tanımağa hazır idi, amma Ərəfat “ulduz xəstəliyi”nə tutulmuşdu, gündə bir şərt deyirdi, ona görə alınmadı… Başqa yol yoxdur, İsraili silahla məhv etmək mümkün deyil. Hətta imanla, dinlə də… əgər o varsa.

Əgər sən bir şəhərə və ya kəndə soxulub silahsız sakinləri girov götürürsənsə, bunun bir adı var – TERROR.

Və bunun Fələstin sevgisi ilə heç bir əlaqəsi yoxdur.

İsrailin varlığını tanımağa qaldıqda isə… Belə bir dövlət var, millət də var, bir regionda yaşamağı öyrənməlisiniz. İsrail əks-hücuma keçib… Elə də çox sürməz, HƏMAS darmadağın olar.

Qəzza zolağı da ərəblərin və HƏMAS-ın əlindən çıxar. Ən yaxşı variant danışıqlar idi – amma Tehrandakılara bu sərf etmədi.

Bir balaca dövlətiniz olaydı… Amma olaydı. Bu gündən sonra, çətin.

Rüfət Əhmədzadə (Pan Rufat)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button