
Media
Harvard TuranTV-ni Azərbaycanın 3 televiziyasından biri seçdi
Dünyanın ən nüfuzlu təhsil ocaqlarından olan Harvard Universiteti Azərbaycanla bağlı tövsiyyə etdiyi media resursları sırasına Qənimət Zahidin rəhbərlik etdiyi TuranTV-ni də daxil edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə universitetin saytında məlumat yayılıb.
Məlumatda deyilir ki, TuranTV bu nüfuzlu təhsil ocağının informasiya mənbəyi kimi məsləhət gördüyü 3 televiziya quruluşundan biridir. Digərləri isə AzTV və Osmanqızı TV-dir. Harvard TuranTV-ni müstəqil və özəl tv kanalı kimi xarakterizə edib.