Media
Elnur Əşrəfoğlunun vəziyyəti pisləşdi
Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırlaşıb. JAMAZ.INFO xəbər verir ki, bu barədə Manset.az-a onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.
“‘Səhər əlaqə saxladılar və mənə bildirdilər ki, vəziyyəti daha da ağırlaşıb. Dualarınıza ehtiyacımız var.”-deyə İlahə Şükürova qeyd edib.
Qeyd edək ki, bir müddət bundan əvvəl EKMO cihazından ayrılan jurnalistə daxili qanaxmalar başlamışdı.