
Media
DİN-dən Mehman Hüseynovun saxlanması ilə bağlı açıqlama
Onun sözlərinə görə, M.Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub: “Məlumatın yoxlanılması məqsədilə saxlanılan Mehman Hüseynovdan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır”.
Ötən gün Abşeron rayonu ərazisində saxlanılan M.Hüseynov bir neçə saat sonra sərbəst buraxılıb.