Media

Bloger Eyvaz Yəhyaoğlu 28 gün müddətinə həbs edilib

Mayın 10-da Azərbaycan Milliyyətçi Demokrat Partiyasının fəalı, bloğer Eyvaz Yahyaoğlu Şirvan şəhər Məhkəməsinin (Bakıdan 113 kilometr cənub-qərb) qərarı ilə 28 sutka inzibati həbsə məhkum edilib. Yahyaoğlu mayın 9-da saxlanılıb, bu barədə Turan-a AMDP sədri Qələndər Muxtarlı bildirib.

“Eyvazı mayın 9-da Şirvan şəhər Polis Şöbəsinə çağırıblar və gecə orada saxlayıblar. Mayın 10-da Şirvan Şəhər Məhkəməsi onu İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilərək 28 sutka həbs edib. Amma, Eyvaz polisin tələbinə tabe olaraq özü polis şöbəsinə gedib”, deyə Muxtarlı qeyd edib.

AMDP-də fəalın Şirvan TV Eyvaz Eloğlu adlı YouTube kanalında Şirvan rayonunda baş verən hüquq pozuntularını, dövlət əmlakının talan edilməsini, məmurların vətəndaşların şikayətlərinə qarşı biganəliyini ictimailəşdirdiyinə görə təqib edildiyini düşünürlər. “Dəfələrlə bununla bağlı ona xəbərdarlıqlar edilib. Sonra isə polis bölməsinə çağırılıb”.

Bu zaman o, Yəhyaoğlunun 1992-94-cü illər Birinci Qarabağ müharibəsinin veteranı olduğuna diqqət çəkib.

Öz növbəsində, Yəhyaoğluna dövlət tərəfindən təyin edilmiş vəkil Ruslan Mirzəyev qeyd edib ki, müvəkkili özünü təqsirli bilmir. Onun sözlərinə görə, Eyvaz Yəhyaoğlunun saxlanılması haqqında protokola əsasən, o, şəhər polis idarəsinin qarşısına gəlib və bu orqanın əməkdaşlarının ünvanına təhqiredici sözlər işlədib. Polis onu asayişə riayət etməyə çağırdıqda, o, polisin tələbinə tabe olmayıb. “Amma Eyvaz Yəhyaoğlu bu iddiaları təkzib edib. O, ilk çağırışda polis idarəsinə gəldiyini və heç kimi təhqir etmədiyini bildirib. O, ittihamın qondarma olduğunu bəyan edib”.

Yəhyaoğlunun yaxınları bildiriblər ki, həbs qərarından apellyasiya şikayəti veriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button