ManşetÖlkə içi

Ermənilər dinc dayanmır: Kəlbəcər yenə atəşə tutuldu

Mayın 11-i axşam saatlarında Azərbaycan ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli Və Yuxarı Şorça yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Nazirlik bildirir ki, adekvat cavab tədbirləri görülüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button