
Media
Aysel Süleymanovaya vəzifə verildi
“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yeni təyinat olub. Tribunainfo.az xəbər verir ki, ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru vəzifəsi Aysel Süleymanovaya tapşırılıb.
Təyinatı AZAL-dan saytımıza təsdiqləyiblər.
Qeyd edək ki, A. Süleymanova bundan əvvəl “PwC Azerbaijan” və “AmCham Azerbaijan”da çalışıb.