Əvəz Zeynallının işi məhkəmədə
Xural TV-nin baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat verilib.
Jamaz.info Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc bildirib.
Vəkil qeyd edib ki, təqdimat Binəqədi rayon Məhkəməsinə daxil olub.
Təqdimata bu gün saat 11.00-da baxılacaq.
Qeyd edək ki, bu ilin sentyabrında Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.
Daha sonra isə ona əlavə olaraq Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham verilib.
Əvəz Zeynallı ittihamları qəbul etmir.