ManşetÖlkə içi

Düşmənin Zod kəndindəki hərbi hissəsi məhv edilib: Çoxlu ölü və yaralı erməni əsgəri var –FOTOLAR

Xəbər verildiyi kimi, dünən gecə saatlarında Ermənistan tərəfi Azərbaycana qarşı dövlət sərhəddində təxribata əl atıb. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, düşmən mövqelərimizə soxulmağa və təminat yollarımızı minalamağa cəhd edib. Ardından isə mövqelərimizi müxtəlif silahlardan, o cümlədən minatanlarla atəşə tutub. Bunun qarşısını almaq üçün zəruri tədbirlər görülüb.

JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarından etibarən əldə olunmuş razılaşmaya əsasən atəşkəs elan edilib. Lakin erməni tərəfi dinc durmayaraq, yendən mövqelərimizi atəşə tutub. Erməni saytlarının, o cümlədən “Hraparak” qəzetinin iddiasına görə, Azərbaycan Ordusu bu gün günorta saatlarında Basarkeçər rayonunun Zod kəndidəki hərbi hissəni raketlə vurub. Nəticədə, hərbi hissədə güclü partlayış baş verib, hərbi məqsədli binalardan biri dağıdılıb. Hadisə zamanı erməni əsgərləri arasında xeyli saydayaralı və ölənlərin olduğu bildirilir.

Xatırladaq ki, Azərbaycan tərəfi atəşkəs elan edildikdən sonra bəyan edib ki, onlar Ermənistanın bu prosesə necə riayət edəcəyini müşahidə altına alacaqlar. Əgər təxribatlar davam edərsə, adekvat addımlar atılacaq. Görünən odur ki, erməni tərəfi yenə təxribata əl atıb və Ordumuzun mövqelərini vurmağa cəhd edib. Cavab olaraq da lazımi addımlar atılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button