İqtisadiyyatManşet

Ziya Məmmədovun 10.5 milyard manata tikdiyi yollar – Qubad İbadoğlunun şərhində

Son dövrlər məmurların böyük sərvətləri, bahalı mülkləri, iri biznesləri ilə bağlı çeşidli məlumatlar yayılır. Əvvəlki dönəmlərdən fərqli olaraq, üzə çıxan məlumatları təsdiq etməyə də gərək qalmır. Çünki mal və mülklərin fotoları ortalıqda dolaşır, bizneslərin isə sənədləri “göz deşir”.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycanın aparıcı oliqarx-məmurlarından biri olmuş, hazırda Ucarda inək saxladığını iddia edən keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlı qısa, amma maraqlı araşdırma hazırlanıb. Həmin araşdırmanın müəllifi isə tanınmış iqtisadçı, ADR Hərəkatının lideri Qubad İbadoğludur.

Qubad bəy yazır ki, Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə ümumilikdə, 10,5 milyard manat xərclənib. Bu pullardan Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun çəkilməsinə, 2008-ci ildə büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalara hesabına 1 milyard manata qədər ayrılıb.

ADR sədri daha sonra qeyd edir ki, ayrılan pulların 360,6 milyon manatı (460 milyon dollar) Zığ-Hövsan-Aeroport istiqamətində çəkilmiş, uzunluğu 13,2 kilometr olan yoluna sərf edilib. “Metronun Gənclik stansiyasında tunel tikintisinə  2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat (388 milyon dollar), Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon , 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3  milyon manat, cəmi  147,2 milyon manat (187,4 milyon dollar) “sərf edilib”.

İiqtisadçı alim bildirir ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. “Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər pul xərclənir”.

BİZİM ŞƏRH: İndiyə qədər çəkilmiş və hazırda çəkilən yolların bahalı olması ilə yanaşı keyfiyyətsizliyi də göz qabağındadır. Yeni yollar bir ildən sonra ya sıradan çıxır, ya da o qədər çala-çuxurlar əmələ gəlir ki, onların “yamamması” prosesi həyata keçirilir. Bütün bunların tək və yeganə səbəbi korrupsiyadır. Milyardlarla manat vəsaitin mənimsənilməsi, offşorlara köçürülməsidir. Təkcə, Ziya Məmmədovun inşa etdirdiyi və 1 milyard manatdan çox pul “sərf etdiyi” Bakı-Quba yolunun vəziyyətinə diqqət etmək kifayətdir. Bu gün betondan çəkilmiş yolla hərəkət bir çox hallarda imkansıza çevrilir. Həmin betondan əsər-əlamət qalmayıb. Yenin yenidən qurulması üçün işlər görülür. Maraqlıdır, 1 milyard manata başa gəlmiş bir yol, 12 ildən sonra niyə dağılsın ki? Aydın məsələdir ki, yuxarıda qeyd etdiyimiz korrupsiyadır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button