ManşetSosial

Zibillik içində boğulan rayon: UCAR –FOTOLAR

“Ucar rayonuda həyat iflic olub.Bunun isə başlıca səbəbi rayon rəhbərliyinin yarıtmaz fəaliyyətidir”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə bir qrup rayon sakini çıxış edib.

Onların bildirdiyinə görə, Ucar rayon Kommunal Müəssisəsləri Kombinatının 400 nəfərdən çox işçisi var.”Təxminən 70 nəfər komxozun işçisidir. Qalan şəxslər isə “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında orada işləyir. Bu qədər işçisi olan idarə balaca ərazisi olan Ucar şəhərini təmizləyə bilmir ki, buna görə rayon zibillik içindədir”.

Şikayətçilər bildirir ki, işçilərin əksəriyyəti aylıq haqq verib işə gəlmədən hər ay maaş alırlar. “400 nəfərdən çox işçinin təxminən 350 nəfəri işə gəlmir. Hər ay 150-200 manat arası aylıq haqq verirlər. Həmin pullar “komxoz”un müdiri tərəfindən icra başçısının  müavini Vaqif Mehdiyevə (çünki idarəyə nəzarət ona tapşırılıb) çatdırılır”.

Onlar bildirir ki, həttda idarəyə işçilərin davamiyyətini yoxlamağa gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarınada aylıq haqq verilir. “Bu səbəbdəndir ki, bu qanunsuzuq barədə tədbir görülmür deyə Ucarda ara qarışıb, məssəb itib. Günlərlə zibillər yığılmır, küçələr təmizlənmir. Antisanitariya baş alıb gedir. Rayona gələn qonaqlar təcüblənib soruşurlar ki, Ucar hansı respublikanın rayonudur ki, belə nəzarətsiz qalıb”.

Şikayətçilərin sözlərinə görə, “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında 68 yaşlı qoca adamlarda işə qəbul olunub ki, onlar  heç vaxt işə gəlmədən hər ay maaş və qocalığa görə təqaüd də alırlar. “Həmin qoca adamların fiziki qüvvəsi buna imkan vermir ki, küçə təmizləsin, zibil yığsın və sairə iş görə bilsinlər.

“DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucarda komxozda işləyənlərin davamiyyətini nazirlikdən yoxlamağa gələn olanda heç vaxt işə gəlməyən işçilər həmin günü əyinlərində fəhlə paltarı işdə peyda olurlar. Bunu isə onlara icra başçısının müavini Vaqif Mehdiyev tez məlumat verir. Çünki Vaqif Mehdiyevi gələn yoxlama əvvəlcədən xəbərdar edir ki, onlara işdə olmaları barədə məlumat verilsin. Ucarda yoxlama olan kimi rayonun küçələrində əynində fəhlə forması olan işçilər payda olur. Kimi yer süpürür, kimi zibil atır. Ancaq yoxlama gedəndən sonra yenə köhnə hamam köhnə tas, Ucar yenə zibilliyə qərq olur”.

Şikayətçilərin iddiasına görə, Ucar rayonda yaranmış korrupsiya piramidasının başında bir başa icra başçısının  müavini Vaqif Mehdiyev və Ucarda yoxlamaya ezam olunmuş vəzifəli şəxslər dayanırlar.

Qeyd edək ki, JAMAZ.İNFO-nun redaksiyasına şikayət məktubu göndərənlər Kamilov Umud Bəybala oğlu, İbrahimov Abbas Dadaş oğlu, Əliyev İntiqam Sahib oğlu və Səmədov Tahir Məmməd oğludur.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button