GündəmManşet

Yuxarı Şorcada düşmənin iki postu dağıdılıb: 5 erməni əsgərinin yaralandığı deyilir

Xəbər verildiyi kimi, dünən Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərinə hücum edib. JAMAZ.İNFO Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dünən günorta saatlarından başlayan atışma gün boyu davam edib.

Əldə etdiyimiz məlumatda deyilir ki, ermənilərin Zəylik kəndi istiqamətində hücuma keçməsi barədə əmri Ermənistanın müdafiə naziri Arşak Karapetyan verib. Belə ki, o, dünən səhər saatlarında Qaragöl yaxınlığındakı hərbi mövqelərinə gələrək, orada əməliyyat müşavirəsi keçirib. Ərazini tərk etdikdən sonra isə düşmən qumbaratanlar, snayper və digər atıcı silahlardan istifadə edərək, mövqelərimizə hücuma keçiblər.

Həmin məlumatlara görə, düşmənin əsas hədəfi Zəylik yaxınlığındakı yüksəkliyi ələ keçirmək olub. Hərbi mənbələrdən qeyd ediblər ki, ermənilər əgər həmin yüksəkliyi ələ keçirərsə, o zaman Azərbaycan Ordusunun Qaragöl yaxınlığında möhkəmlənməsi olduqca çətin olacaq. Hətta bəzi mənbələr bu baş verərsə, Qaragöldəki bəzi bölmələrimizin mühasirəyə düşə biləcəyini də istisna etməyib.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, dünən düşmən gecə saatlarına qədər iki dəfə həmin yüksəkliyi ələ keçirmək üçün hücuma keçib. Lakin hər iki hücum əməliyyatı uğursuzluğa düçar olub. Belə ki, bölgəyə əlavə qüvvələr gətirlib, müdafiə məqsədli tədbirlər görülüb və düşmənin susdurulması üçün bir sıra addımlar atılıb. Məlumata görə, düşmənin Yuxarı Şorca istiqamətində iki müdafiə postu dağıdılıb. Bundan başqa, 5-ə yaxın erməni əsgərin yaralandığı da bildirilir.

Hazırda vəziyyətin sabit olduğu, düşmənin geri çəkildiyi qeyd edilir.

Bildirək ki, Ermənistan tərəfi bu mövzu ilə bağlı heç bir açıqlama vermir. Yalnız Müdafiə Nazirliyi dünən məlumat yayıb ki, Yuxarı Sorca kəndi istiqamətində Azərbaycan tərəfi atəş açıb. Amma erməni teleqram kanalları və sosial şəbəkələri nazirliyi yalan məlumat yaymaqda ittiham edirlər. Onlar bildirirlər ki, dünən Geqarkunik rayon mərkəzi xəstəxanasına 5-ə yaxın yaralı gətirilib. Onların sərhəddə baş verən atışmada yaralandığını yazırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button