ManşetSosial

Xankəndiyə əhalinin köçünə start verildi

Oktyabrın 15-dən etibarən Xankəndi şəhərinə sakinlərin dönüşünə start verilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmin məlumatda deyilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi (işğaldan azad olunmuş bütün rayonların sakinlərini) keçmiş məcburi köçkünləri Xankəndi şəhərinə könüllü köçmək istəyənləri siyahıya alır.

Qeyd edilir ki, Xankəndi şəhərinə köçərək daimi yaşamaq istəyən məcburi köçkünlər qeydiyyatda olduğu rayonda “Qaçqınkomun” yerli sektoruna (şöbəsinə) ərizə ilə müraciət edə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button