ManşetÖlkə içi

Xankəndidə separatçılar əleyhinə etiraz: Onlardan bezən erməni havaya atəş açıb

Bu gün səhər saat 05:45 radələrində Xankəndinin mərkəzi meydanında S.M adlı şəxs ov tüfəngindən havaya atəş açıb. JAMAZ.İNFO sosial şəbəkələrdə yayılan xəbərlərə istinadən bildirir ki, həmin şəxs yaranmış vəziyyətdən bezdiyini, insanların hansısa qrupların maraqları naminə qurban verildiyini qışqırıb.

Havaya atəş açan şəxs belə yaşamaq istəmədiklərini, vəziyyətin düzəlməsini və problemlərin aradan qaldırılmasını tələb edib. O, separatçıların əleyhinə ittihamla çıxış edib.

Hadisə yerinə gələn qondarma “polis” həmin şəxsi saxlayıb. Separatçılar məlumat yayıblar ki, guya, həmin şəxs dəlidir, hadisə törədən anlaqlı vəziyyətdə olmayıb.

Qeyd edək ki, Qarabağda yaşayan ermənilər arasında artıq hansısa oyunun qurbanı olduqlarının fərqinə varanların sayı getdikcə artır. Hələ bir müddət əvvəl də bir qrup şəxs separatçıları tənqid edərək, onları qəsdən vəziyyəti ağırlaşdırmaqda ittiham etmişdilər. Həmin vaxtda “polis” onları “dəli” çıxarmışdı. Görünür, ermənilər indiki durumda yaşamaq istəmirlər. Onlar artıq etiraz səslərini qaldırmağa, separatçılara qarşı çıxmağa başlayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button