GündəmManşet

Xankəndidə “deputat” bıçaqlandı: Separatçılar arasında kütləvi dava

Aprelin 16-da Xankəndidə bir qrup separatçı “Nadejda” adlı zala toplaşaraq, iclas keçiriblər. İclasın təşəbbüskarı isə Qarabağdakı separatçıların nümayəndəsi, vaxtıyla qondarma “müdafiə ordusu”nun “rəhbəri” olmuş Samvel Babayan olub.

JAMAZ.İNFO xəbər verir ki, həmin toplantıda əvvəlcə bir qrup arasında sözlü mübahisə baş verib. Tərəflər bir-birilərini təhqir ediblər. Lakin bu söz-söhbət əlbəyaxa davaya çevrilib. Həmin vaxt iclas zalından çıxan Qarabağdakı qondarma “parlament”in “deputatı Seyran Ayrapetyan bıçaqlanıb. Onu elə hadisə yerindən də xəstəxanaya aparıblar.

Ayrapetyanın səhhəti barədə hər hansı məlumat verilmir.

Məlumata görə, həmin görüşdə 100 nəfərə yaxın adam iştirak edib. Dava da onların arasında baş verib. İddia edilir ki, Ayrapetyanı bıçaqlayan şəxs Arayik Harutyunyanın adamı olub. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button