ManşetSosial

Xaçmazda körpü dağıldı: Xudat və ətraf kəndlərlə əlaqə kəsildi- yaralananlar var- FOTOLAR

Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb. “Report”un məlumatına görə, ilkin ehtimala əsasən, hadisə nəticəsində “VAZ-21011” markalı minik avtomobili çaya düşüb.
Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.
Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə JAMAZ.İNFO-ya bildirilib ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.
Qeyd edilib ki, hadisədən dərhal sonra əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. “Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button