ManşetSiyasət

“Wall Street Journal”: “Bayraktar”ın Qarabağdakı uğuru Rusiyanı ciddi problemlərlə üz-üzə qoyub”

ABŞ-da nəşr olunan dünyaca məşhur “Wall Street Journal” nəşri Türkiyənin yeni istehsal etdiyi “Bayraktar TB2” PUA-ları və Qarabağ müharibəsi barədə maraqlı məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, “Türkiyənin az xərclə istehsal etditi PUA-lar geopolitikanı və döyüş meydanlarını yenidən şəkilləndirir” başlıqlı məqaləsində Rusiyanın ciddi problemlərlə üzləşdiyinə də vurğu edib.

Nəşr yazır ki, Türkiyənin PUA-ları 6 həftə ərazində Azərbaycanın 30 ilə yaxındır işğal altında olan torpaqlarını Rusiyanın dəstəklədiyi Ermənistandan geri almasına səbəbkar oldu. “Videolardan tanklara, maşınlara, qərargahlara, artilleriyaya və radar sistemlərinə edilən hücumlar aydın görünür. Dünyanın hər yanındakı ordular sirehli düşmənlərinə qarşı ucuz qiymətə başa gələn raket-dronlardan istifadə etməyə başlayıb. PUA-lar ötən il regional toqquşmalarda uğurla sınaqdan çıxarıldı. Bu, həm də Türkiyə və Rusiya arasında strateji tarazlığı dəyişdirən yeni bir döyüş taktikasıdır”.

Nəşr yazır ki, Türkiyənin ucuz qiyməti istehsal etdiyi yeni texnologiyası Suriya, Liviya və Azərbaycanda Rusiyanın himayəsindəki tankları və digər zirehli maşınlarını, habelə havadan müdafiə sistemlərini darmadağın edib. “Bu PUA-lar gələcək müharibələrdə istifadə ediləcək bahalı texnologiyalardan daha təsiredici və əhəmiyyətlidir. Digər tərəfdən də, münasib qiymətə belə PUA-lar yaratmağın mümkünlüyünü ortaya qoyur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button