AraşdırmaManşet

Vardanyandan sərsəmləmə: “Qarabağ, Rusiya və Azərbaycan arasında üçtərəfli saziş imzalansın”

Qarabağda baş verən son hadisələr, keçirilən etiraz aksiyaları mahiyyət etibarı ilə fiaskoya uğramış cəhddir. Bunu artıq ermənilərin özləri də təsdiq edirlər. JAMAZ.İNFO xəbər verir ki, bölgədə yaşayan ermənilərin baş verənlərə laqeyd münasibəti, habelə gün keçdikcə bu addımların heç bir nəticə vermədiyini müşahidə etmələri zaman içində prosesi nəticəsiz başa çatacağını deməyə əsas verir.

Lakin bölgədəki erməniləri girov saxlayan, onları öz maraqlarını qurban vermək istəyən separatçılar bunun üçün bütün iyrəncliklərə baş vurmaqdan da çəkinmirlər. Məsələn, onlar yerli sakinləri təhdid edir, qorxudurlar. Azərbaycanla əlaqələrini qurulmasının tərəfdarı olan erməniləri isə həbs edib, işgənclər verirlər. Hərçənd bu da əbəs hərəkətdir. Çünki uzun müddət belə davam edə bilməyəcək.

Amma son günlər Qarabağdakı separatçıların təkliflərlə çıxış etməsi də müşahidə olunur. Ötən gün Samvel Babayan bildirmişdi ki, Azərbaycandan ərzaq alınmasına qarşı çıxmaq olmaz və bununla razılaşmaq lazımdır. Həmçinin o, Bakı ilə danışıqların tərəfdarı olduğunu da dilə gətirmişdi.

Bu gün isə Rusiyanın bölgədəki kuklası Ruben Vardanyan təkliflərlə çıxış edib. Daha doğrusu, Kremlə arxalanan sadiq köpək bir sürü sərsəmləmə yazaraq, təqdim edib.

O özünün Facebook hesabında yazıb ki, Qarabağdakı separatçılar bir sıra addımlar atmalıdırlar. Məsələn, onun təklifinə görə, Ermənistan və Azərbaycan arasında son beş il ərzində aparılan danışıqların stenoqramını İrəvan hakimiyyətindən tələb etmək lazımdır.

Daha sonra isə bir qədər də irəli gedərək, “Qarabağ xalqı”nın razılığı olmadan qondarma “dqr”ın adından hər hansı sənədin imzalanmasına imkan verməməyi dilə gətirib. “Paralel olaraq, Ermənistan Respublikası ilə münasibətlərin hazırkı vəziyyətini aydınlaşdırmaq da lazımdır”.

Vardanyan qeyd edir ki, Bakı ilə Xankəndi arasında danışıqların formatı, üçüncü tərəf, iştirakçılar, gündəm və keçirilmə yeri ilə bağlı məsələləri dəqiqləşdirmək zərurəti var. O həmçinin Ermənistan hakimiyyətinin “Hayakve” təşəbbüsünü dəstəklədiyini rəsmən elan etməsini də tələb edib.

Rusiyanın kuklası bütün bunların fonunda əsl niyyətini, habelə Kremlin istəyini də dilə gətirib. Məsələn, o deyir ki, qondarma “dqr”, Rusiya və Azərbaycan arasında yeni üçtərəfli sazişin imzalanması tələb edilməlidir. Həmçinin Qarabağdakı separatçıların “müstəqilliyi”nin tanınması üçün prosesi aktivləşdirmək lazımdır.

Aydın məsələdir ki, bütün bunlar təkcə Vardanyanın beyninin məhsulu deyil. Şübhəsiz ki, bu təklifləri ona diqtə edən tərəf Rusiyadır. Çünki bütün təklif olunanlar hamısı Rusiyanın maraqlarına cavab verir. Bu Kremlin bölgədə qalmasını şərtləndirən faktorlardır.

Lakin Vardanyan hələ də qanmır ki, “dağlıq qarabağ respublikası” deyilən bir şey yoxdur, subyekt mövcud deyil. Üstəlik, Azərbaycan heç bir şəkildə Qarabağı və orada mənzillənmiş terrorçu ünsürləri tərəf kimi tanımayacaq. Əgər belə bir niyyəti olsaydı, 30 il ərzində bir dəfə də olsun bu istiqamətdə addım atardı. Ona görə də, Vardanyanın “üçtərəfli saziş” sarsaqlaması bir işə yaramayacaq. Bunu Azərbaycan heç vaxt etməyəcək. Əgər edərsə, Qarabağdakı erməniləri tərəf olaraq tanımış sayılacaq ki, bu da Qarabağın Azərbaycana məxsus olmamasının göstəricisi deməkdir.

Qaldı Rusiyaya,  onların Qarabağda nə etmək istədikləri aydındır. Ötən gün Zaxarovanın verdiyi açıqlamadan da aydın görünür ki, Moskva Qarabağda, Azərbaycan torpağında hərbi varlığını qorumaq üçün bütün təxribatlara əl atacaq. Amma bütün bunların da heç bir faydası olmayacaq. Çünki ruslar Azərbaycandan getməlidir, vəssalam. Qarabağ isə Azərbaycanın daxili işidir. Onu da lazım olacaq, danışıqlar yolu, lazım gələcəksə, antiterror əməliyyatları ilə nizamlanacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button