ManşetSiyasət

Vardan Astsatryan: “Qarabağda ermənilərin yaşaması üçün yetərli təhlükəsizlik təminatı var”

“Beynəlxalq qanunvericiliyə görə, məcburi köçkün statusu o şəxslərə şamil olunur ki, onlar ölkənin içindən digər yerinə məcburi köçürlər. Qaçqın isə başqa ölkədən gələnlərə şamil edilir. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və oradan köçənlərə də “məcburi köçkün” statusu verilə bilməz”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri Şuşada xalça muzeyinin keçmiş “rəhbəri” Vardan Astsatryan deyib.

O bildirib ki, Ermənistanla Qarabağdakı separatçılar arasında 1999-cu ildə “Pasport sisteminin təşkili” haqqında müqaviləyə əsasən Qarabağdakı ermənilərə də Ermənistan pasportu verilib. Lakin muzey” direktoru” iddia edir ki, bu müqavilədə nəzərdə tutulanlar Qarabağdan köçənlərə şamil edilə bilməz. “Çünki orada Qarabağ sakinlərinin seçmək və seçilmək hüququları yoxdur”.

Astsatryan qeyd edir ki, Qarabağdan köçənlərə qaçqın stauusu vermək Ermənistana sərf etmir. “Çünki bu, Ermənistan üçün ağır yük olacaq. Amma qaçqın statusu ona görə verilməlidir ki, bu adamlar əmlaklarını, mülklərini geri almaq üçün beynəlxalq təşkilatlar və məhkəmələr qarşısında məsələ qaldıra bilsinlər”.

Erməni fəal deyir ki, Qarabağda ən azı 40-50 min erməni yaşamalıdır. “Bəli, mən hamısının olmasa da, bir hissənin Qarabağa geri dönməsini istəyirəm. Sual verirlər ki, onlar üçün Qarabağda yaşamaq riskli olacaq. Lakin fakt odur ki, Ermənistandakı Qarabağ ermənilərinin də gələcəyi qeyri-müəyyəndir. Bu da həqiqətdir ki, Qarabağda ermənilərin əmlakı, evləri, mənzilləri talan edilməyib. Çünki bu işlər azərbaycanlılara xas deyil. Güman ki, onlara da bu istiqamətdə təlimat verilib”.

Astsatryan ümid edir ki, ermənilərin geri qayıtması üçün hansısa format tapılacaq. “Qarabağdan birdəfəlik ayrılmaq yalnız düşmənlərimizin arzusudur. Tarix dinamik xarakter daşıyır, xüsusən də son dövrlərdə biz hamımız nəhəng qlobal dəyişikliklərin şahidiyik. Sabah hər şey başqa cür ola bilər. Qarabağda erməni olmalıdır ki, torpaqlarımıza sahib çıxsın. Bu gün Qarabağ hər hansı dövlətin mandatı altında olsa belə və ən əsası odur ki, orada yaşamaq üçün aydın təhlükəsizlik təminatları var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button