
“İrəvan hesab edir ki, Rusiyanın cəhdləri sayəsində Qarabağda uzunmüddətli sülh təmin olunub”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan verib.
Onun sözlərinə görə, erməni tərəfi düşünür ki, Qarabağda yaşayan əhalinin təhlükəsizliyini mütləq “Müdafiə Ordusu” təmin etməlidir. «Əlbəttə, ordunun bərpası, gücləndirilməsi və modernləşdirilməsi vaxt tələb edir. Lakin bu mütləq olmalıdır. İkincisi, Ermənistan hər zaman Qarabağ xalqının təhlükəsizliyinin təminatıdır. Bu tarixi missiyanı heç zaman üzərimizdən atmaq fikrimiz yoxdur. Və üçüncüsü və ən əsası isə rus hərbi birləşmələrinin regionda varlığıdır. Məhz onların sayəsində atəşkəs əldə olunub, humanitar fəlakətin qarşısı alınıb”.
P.S. Ruslar yenə ermənilərə hansısa vəd və dəstək verib. Elə bu səbəbdən də, ermənilərin dili açılmağa başlayıb. Bu danılmaz həqiqətdir ki, Rusiya olan yerdə sülh olmur.