ManşetSosial

Ucarda icra başçısının müavini qohumu olan 68 yaşlı ağır xəstə ər və arvadı süpürgəçi kimi işə düzəldib- Şikayət

Bir qrup Ucar rayon sakini icra başçısı Mənsur Məmmədov və müavini Vaqif Mehdiyevdən şikayətçi düşüblər. Onların JAMAZ.İNFO-ya göndərdikləri şikayət məktubunda qeyd edilir ki, sözügedən şəxslər işsiz adamların işlə təmin olunmasına mane olurlar.

Onlar iddia edirlər ki, icra başçısı və müavini yalnız öz qohumlarını işlə təmin edirlər. “İcra başçısı və müavini qoca və xəstə adamlar “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələrində iş verir. Onların isə adları işdə gedir, lakin özləri işə getmirlər”.

Şikayətçilər qeyd edirlər ki, həmin şəxslərdən biri Ucar rayon sakini, 2-ci qrup əlil Ələkbərov Şahlar Xəlil oğlu və onun həyat yoldaşı İsrayılova İradə Əvəz qızıdır. “Cütlüyün 68 yaşları var. Bu qoca yaşında ciddi xəstə olan ər və arvad  “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işə “düzəliblər”. Ancaq özləri bir gündə olsun işə gəlməyiblər. Eyni vaxtda, həmin ərr və arvad qocalığa görə təqaüddə alırlar. Həmçinin qeyd edək ki, Şahlar Ələkbərov ciddi xəstə olmaqla 2-ci dərəcəli əlildir, həyat yoldaşı İradə İsrayılova isə sağalmaz xəstəliyin daşıyıcısıdır. Belə ki, Ələkbərov Şahlar Xəlil oğlu “Serebral ateroskleroz, araxnoidit, ataksiya vestilubyar pozğunluq, şəkərli diabet orta ağır forma şəkərli diabet, xroniki pilonefrit xəstəliyi diaqnozu ilə Ucar rayon Mərkəzi Xəstəxanasıda qeydiyyata alınıb. Serebral ateroskleroz hərəkət pozğunluqlarla, ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan ruhi xəstəlikdir. Belə xəstələrdə əqli debillik, hərəkət qabiliyyəti və yaddaşları pozulmuş olur”.

JAMAZ.İNFO-nun elektron poçtuna müraciət edən Ucar sakinləri bildirirlər ki, İsrayılova İradə Əvəz qızı isə bronxial astma infeksion allergik forma, hipertoniya xəstəliyi 2 st sağ əlin yuxarı 1/3-nin, sol dirsək büküşünün, bazunun ön səthinin və sol yanaqda yanaqdan sonrakı keloid çapığı diaqnozu ilə Ucar rayon Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatdadır. “Qəribədir ki, bu iki nəfər qeydiyyatda olan xəstə şəxslərə Ucar rayon Mərkəzi Xəstəxanası tərəfindən sağlamlıq haqqında arayış verilib.Həmin arayışda onların xəstəlikləri gizlədilərək sağlam kimi qeyd ediliblər”.

Şikayətçilər onu da bildirirlər ki, sözügedən şəxslərin övladları Bakıda bizneslə məşğul olurlar. “Rayonda isə villaları var”.

Ucar sakinləri qeyd edirlər ki, bununla bağlı ƏƏSMN rayonda yoxlama aparıb və bu neqativ halları qeydə alıb. Lakin bununla bağlı hər hansı qərar verməyib. “Çünki 68  yaşlı qoca ər-arvad Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyevin yaxın qohumlarıdır”.

Onlar məktublarının sonunda Prezident İlham Əliyevdən dəstək istəyiblər. Belə ki, onlar məsələnin araşdırılmasını və tədbir görülməsini xahiş ediblər.

Məsələ ilə bağlı yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button