DünyaManşet

Türkiyədə maraqlı sorğu: “Müttəfiqimiz kim olsun: ABŞ, yoxsa Rusiya?”

Türkiyədə bu yaxınlarda maraqlı bir sorğu keçirilib. JAMAZ.İNFO xəbər verir ki, həmin sorğuda əsas sual Türkiyənin əsas müttəfiqi hansı dövlət olamalıdır: ABŞ, yoxsa Rusiya?

Sorğunun nəticələrinə görə, prosesdə iştirak etmiş respondentlərin 78.9 faizi ABŞ-ın əvəzinə, Rusiya ilə əməkdaşlıq edilməsinə tərəfdar olduğunu bildirib. Yerli ekspertlər isə bunu onunla əsaslandırır ki, türklərin amerikalılardan uzaq durması Vaşinqtonun 2014-cü ildən bəri Türkiyəyə göstərdiyi münasibətdir. Eyni zamanda, onlar hesab edirlər ki, Ağ Ev bir çox məsələlərdə Ankaranın qarşısını kəsməklə yanaşı, iqtisadi baxımdan da tutarlı dəstək vermir.

Amma yerli müşahidəçilər Rusiya ilə müttəfiq olmağın da imkansız olduğunu deyirlər. Onlar Moskva ilə qarşılıqlı mənfəətlər doğrultusunda əməkdaşlıqdan o yana keçməməyi daha məqbul hesab edirlər. Türkiyənin Rusiyadakı keçmiş səfiri Aydın Adnan Sezgin bildirir ki, Rusiyanın münasibətlərimizə müttəfiqlik kimi baxmır. “Zatən, biz də onları müttəfiq olaraq görmürük. Biz NATO ölkəsiyik. 2014-cü ildə NATO bizim də altında imzamız olan bir sənəddə Rusiyanın təhdid olaraq gördüyünü yazıb. Son NATO sammitində qəbul edilmiş bəyənnamənin 80 maddəsi var və onun 30-u Rusiya ilə bağlıdır. Ayrıca, NATO-nun hal hazırda Rusiyaya qarşı “nizə ucu” deyilən çox önəmli güc mərkəzi var. Bu gücə 2021-ci ildən Türkiyə rəhbərlik edir və indiyə qədər 4200 əsgərlə orada təmsil olunur”.

Sezgin bildirir ki, Türkiyə hazırda Rusiya ilə toqquşma vəziyyətindədir. “İdlibdə qarşı-qarşıyayıq. 1.5 ay içində 55 əsgərimiz, bir gündə isə 37 əsgərimiz Şəhid oldu. Həmin hücumun içində Rusiya da vardı. Bu əsgərin başına çuval keçirməyə bənzəməz. Rus təyyarələri sənin əsgərinin üzərinə atəş açır. Liviyada da qarşı-qarşıyayıq. Naxçıvan dəhlizi, yəni bizim Azərbaycanla birlikdə yaratdığımız dəhlizi də rus hərbçiləri mühafizə edəcəklər”.

Keçmiş səfir qeyd edir ki, Türkiyə Rusiyanın Dombasdakı fəaliyyətinin əleyhinədir. “Krımın ilhaqını tanımırıq. Ggürcüstanın ərazi bütövlüyünü tanıyırıq. Enerji sahəsində də Azərbaycan və Türkiyə təbii qazını daşımaq üçün namizədik. İraq və Qətər qazını da daşımaq fikrindəyik. Yəni, Rusiya ilə qaz daşınması sahəsində də rəqibik”.

Sezgin Suriya və PKK məsələsində də Rusiya ilə anlaşmadıqlarını vurğulayır. O deyir ki, Moskvanın Suriya məsələsinə yanaşması fərqlidir. Belə ki, Kreml məsələyə federasiya kimi yanaşır, Türkiyə isə unitar bir dövlət olaraq görür. “PYD/YPG bir yana, bunlar PKK-nı terrorist elan etməməklə yanaşı, onlara ofis açmalarına da etiraz etmir”.

Keçmiş diölomat qeyd edir ki, ABŞ-la olduğu kimi, Türkiyə Rusiya ilə də ciddi fikir ayrılığına malikdir. Onun sözlərinə görə, hər iki ölkə müttəfiq kimi etibar olunası deyil. “ABŞ və Rusiya arasında ümumi bir razılaşma ola bilər. Məsələn, bir birilərinə toxunmamaq kimi. Çünki hər ikisi güclü Türkiyə istəmirlər. Belə olan vəziyyətdə hər ikisi ilə maraqlarımıza uyğun, ağıllı bir əməkdaşlıq qurulmalı, təbii ki, lazım gəldiyində öz göbəyimizi özümüz kəsməliyik. Hazırda Türkiyənin etdiyi də budur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button