Dünya

Paşinyan Moskvaya nümayəndə göndərir: Rus ordusu sərhəddə yerləşdirləcək

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya nümayəndə heyəti göndərməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bu gün bununla bağlı sərəncam imzalayan Paşinyan həmin nümayədə heyətinin Rusiya ilə hərbi baza məsələsini müzakirə edəcək.

Məlumatda deyilir ki, danışıqlar iyunun 26-da başlayacaq və 1 iyulda yekunlaşacaq. Danışıqlarda əsasən Ermənistandakı Rusiya hərbi bazasının yerləşdirilməsi, onlara torpaq sahələrinin ayrılması və daşınmaz əmlakın verilməsi və hərbi bazanın yeni funksiyaları müzakirə ediləcək.

Erməni mediasının yazdığına görə, Moskvada keçiriləcək görüş Azərbaycan-Ermənistan sərhəddində baş verənləri əhatə edəcək. Belə ki, İrəvan rus hərbçilərinin sərhəddə yerləşdirilməsi üçün danışıqlar aparır və onların konkret hansı istiqamətlərdə yerləşdirilməsini qərarlaşdırmaq üzrədirlər. Bundan əlavə, paralel olaraq, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının Ssünik vilayəti istiqamətində sərhəddə yerləşdirilməsi də nəzərdə tutulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button